Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19 ilə mübarizədə Yoqanın rolu

COVID-19 ilə mübarizədə Yoqanın rolu

Tarix: 21 Iyun 2020 09:00

Bakı. Trend:

Yoqanın kütləviliyi bütün dünyada artmışdır. Hindistanın Baş naziri cənab Narendra Modinin 2014-cü ilin sentyabr ayında BMT Baş Assambleyasına tarixi müraciətinə cavab olaraq Birləşmiş Millətlər, 2014-cü ilin dekabr ayında 177 üzv ölkənin misilsiz dəstəyi ilə şimal yarımkürəsində ilin ən uzun günü olan 21 iyunu Beynəlxalq Yoqa Günü elan etdi!

Yoqa, hətta 2014-cü ildən əvvəl də Azərbaycanda çox tanır və tətbiq olunurdu. Lakin, Yoqa həvəskarları 2015-ci ilin iyun ayında Azərbaycanda ilk Beynəlxalq Yoga Gününün qeyd olunduğu vaxtdan etibarən ümumiyyətlə, Azərbaycanda Yoqanın əhatə dairəsinin böyük miqyasda genişləndiyi fikrindədir. Keçən il, Beynəlxalq Yoqa Günü Bakıda Heydər Əliyev Mərkəzi, Qobustan, Yanar Dağ, İçərişəhər, Atəşgah, Bulvar və s. kimi görkəmli məkanlarda qeyd olundu və bizim həmçinin, bu günü Bakıdan kənarda, Lənkəran, Şamaxı və Qəbələ kimi regional bölgələrdə də qeyd etmək imkanımız oldu. Azərbaycanda və bölgələrdə dostların Yoqaya göstərdiyi dəstək və coşğu misilsiz idi ki, bu yoqanın faydalarının bütün dünyada tanınmasını özündə ifadə edirdi.

Beynəlxalq Yoqa Günü 2020 unikal şəkildə qeyd olunacaqdır. Bu, dünyanın əvvəllər görünməmiş bir dövrlə üzləşdiyi və bir çox ölkələrin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda qeyd ediləcəkdir. Bu həm də o deməkdir ki, keçmişdən fərqli olaraq, Beynəlxalq Yoqa Gününü birlikdə - meydanlarda və zallarda qeyd edə bilməyəcəyik, çünki sosial məsafəni saxlamaq ehtiyacı bizə Yoqa tədbirlərində bir yerə toplaşmağa imkan vermir.

Bu səbəbdən, Hindistan höküməti Beynəlxalq Yoqa Gününün bu il çox qabaqcıl və yaradıcı bir şəkildə qeyd olunması qərarına gəlmişdir. Bu il, Beynəlxalq Yoqa Günü “Evdə Yoqa, ailə ilə birlikdə Yoqa” konteksində qeyd olunacaqdır. Yoqanı daha geniş cəmiyyətə təqdim etmək və Yoqa həvəskarlarını evlərinin rahatlığında Yoqa ilə məşğul olmağa təşviq etmək üçün Hindistan Səfirliyi Azərbaycanın tanınmış Yoqa ustadları ilə birlikdə bir sıra proqramlar təşkil edir. Proqramlar Səfirliyin Facebook səhifəsindən canlı yayımlanır. Bizə qoşulmağınızı xahiş edirəm.

Yoqanın aktuallığı bu il, həmişəkindən daha yeni bir məna kəsb edir. Yoluxma riskinə görə panikanın artdığı və mənfi xəbərlər və qorxu ilə əhatə olunduğumuz, və insanların özlərini evə təcrid etməsinin tənhalığa və bəzən depressiyaya apardığı bu zamanda hər birimizin gümrah və hüzurlu qalması daha vacib hal almışdır. Bu dövrdə biz, zamanın sınadığı həll yoluna – Yoqaya müraciət edirik. Yoqanın 5000 il yaşı olduğunu unutmayın. Həmin illər ərzində Yoqa, nəsillər tərəfindən yoxlanılmış və sınağı keçmişdir. Bu səbəbdən Yoqa bu gün fiziki və zehni məşqin ən yaxşı üsulu kimi tanınır. Bu Yoqanın gündən-günə populyarlıq qazanmasının əsas səbəbidir.

Yoqa bir çoxları tərəfindən fiziki bir məşq olaraq bilinsədə, daha çox şey kəsb edir. Yoqa, insanı fiziki cəhətdən gümrahlaşdırmaqdan əlavə, düşüncəyə dinclik gətirir. Bədəni və zehni birləşdirir. Yoqa, harmoniya yaradır və onu qoruyur, və təbiəti insana daha da yaxınlaşdırır. Sistemli şəkildə Yoqa ilə məşğul olmaq və hər il Beynəlxalq Yoqa Gününün tərkib hissəsi olaraq nümayiş edilən Ümumi Yoqa Protokoluna (https://www.youtube.com/watch?v=K-GJh9GeOxE) riayət etmək, fiziki və zehni tarazlığa nail olmaq üçün yaxşı bir başlanğıcdır.

İstiqamət göstərməsi üçün həmçinin, yoqa həvəskarı Hindistanın Baş naziri cənab Narendra Modinin 3D videolarını verilən link vasitəsilə izləməyi və yerinə yetirməyi sizə tövsiyə edirəm: https://www.youtube.com/playlist?list=PLKrFtLRqyz6MWIswWKBazJOux333ZMyvX

Yoqanın təqdim etdiyi unikal duruş və gərilmə hərəkətləri əzələlərdə və oynaqlarda gərginliyi azaltmağa kömək edir. Bu da öz növbəsində əzələlərin rahatlamasına və insan bədənində gərginliyin azalmasına kömək edir. Yoqanın nəfəs alma üsulları insana həqiqi mahiyyəti kəşf etməyə və bədəndəki tarazlığı yaxşılaşdırmağa kömək edir.

Heç bir ayrıseçkilik etmədən hücum edən bu görünməyən virusla qarşılaşdığımız zamanda, güclü immuniteti olan sağlam ruh və bədən hər birimizə lazımdır. Yoqa bizi şəfalı rifaha qovuşmağa apara bilər və həyatımızı müsbət bir şəkildə dəyişdirə bilər.

Beynəlxalq Yoqa Gününüz mübarək!

Müəllif Hindistanın Bakıdakı səfiridir. Qeyd olunan fikirlər müəllifə aiddir.


Etiketlər:  COVID ilə mübarizədə Yoqanın rolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ