Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saçlarda kimyəvi prosedurlar döş xərçəngi riskini artırır

Saçlarda kimyəvi prosedurlar döş xərçəngi riskini artırır

Tarix: 21 Iyun 2020 17:06

Milli Səhiyyə İnstitutunun (NIH) mütəxəssisləri, saçlarını müntəzəm olaraq kimyəvi düzləşdirmə və daimi boyama edən qadınların döş xərçənginə tutulma riskinin yüksək olduğunu müəyyən ediblər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, alimlər 46,7 min qadın arasında apardıqları araşdırmaya əsasən, onların arasında saçların davamlı boyanması və kimyəvi düzləşdirilməsi üçün vasitələrdən istifadə edənlərin səhhəti ilə maraqlanıb və onlar üzərində müşahidələr aparıb.

Ən həssas olanlar afroamerikalılar olub. Bu qrup qadınlardan hər 5-8 həftədə saçlarını boyayanlarda xərçəngin inkişaf riski 60% təşkil edir.

Ağ dərili qadınlar arasında da risklər də yüksəkdir, lakin bu göstərici ümumi 8%-dir.

NIH-ə görə, müasir saç boyası məhsullarının tərkibi, insanlar üçün kanserogen ola biləcək 5000-dən çox kimyəvi maddədən ibarətdir ki, bunların bəziləri baş dərisinə birbaşa nüfuz edə bilər.

Eyni qayda ilə müntəzəm olaraq kimyəvi saç düzləşdirmə də döş xərçəngi riskini 30% artırır. Bu prosedurlarda istifadə olunan maddələrin əksəriyyətinin tərkibinə kanserogen kimi tanınan formaldehid daxildir. Lakin heç də bütün mütəxəssislər Milli Səhiyyə İnstitutları(NIH) mütəxəssisləri nəticələri ilə razılaşmırlar.

Birincisi, bu nəticələr ilk olaraq xərçəng inkişaf riskinə sahib ola biləcək qadınlar üçün edilir. İkincisi, döş xərçəngi ehtimalını artıran heç bir xüsusi maddə təyin edilməmişdir. Beləliklə, bu tədqiqat da mübahis mövzusu olaraq qalır.


Etiketlər:  Saçlarda kimyəvi prosedurlar döş xərçəngi riskini artırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ