Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu meyvənin qabığı xərçəngə qarşıdır - ALİMLƏR

Bu meyvənin qabığı xərçəngə qarşıdır - ALİMLƏR

Tarix: 21 Iyun 2020 17:36

Alimlər bu və ya digər meyvə-tərəvəzin nəinki özünün, hətta toxum və qabıqlarının də müxtəlif xəstəliklərə, daha çox xərçəngə təsirini araşdıran müxtəlif elmi tədqiqatlar aparır.

Bu dəfə alimləri portağal qabığının şiş xəstəliklərinə təsiri maraqlandırıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Florida universitet alimləri siçanlar üzərində maraqlı təcrübə aparıb.

Onlar bir qrup siçana müntəzəm olaraq portağal qabığı əlavəsi veriblər. Bir müddət sonra siçanların çəkilərinin normada düşməsi müşahidə edildi. Portağal qabığı ürək-damar xəstəliklərinin də riski və inkişafının qarşısını alıb.

Çində portağal qabıqlarından xalq təbabətində geniş istifadə olunur.

Çin alimləri bildirir ki, portağal qabığı orqanizmdən çox zərərli trimetilamin adlı maddəni çıxarmağa qadirdir. Məhz bu maddə ürək damarlarını zədələyir, onları sərtləşdirir.

Texas alimləri isə qabıqların onkoloji xəstəliklərə təsirini uzun müddət araşdırıblar.

Belə ki, sübut olunub ki, portağal qabığı tərkibli krem dəri xərçəngi melanoma ilə aktiv mübarizə aparır.

Xüsusilə qabığın altındakı ağ hissə faydalıdır.

Hazırda alimlər bu qabıqların süd vəzi xərçəngi ilə mübarizədə rolunu araşdırır.

Bunu nəzərə alaraq, portağal qabıqlarını zibilə atmayıb, narın edərək müxtəlif içki, qidalara qatıb qəbul etmək tövsiyyə olunur. Bir şərtlə ki, portağal əsl olsun, GMO olmasın və zərərli maddələrlə yetişdirilməsin.

Milli.Az


Etiketlər:  meyvənin qabığı xərçəngə qarşıdır ALİMLƏR


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR