Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 12:10
Xorvatiya çempionatında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.
Qol.az xəbər verir ki, bu, "Dinamo"dur. Zaqreb təmsilçisi 30-cu turda "Qorisa" ilə qolsuz bərabərə qalıb və ən yaxın izləyicisi "Lokomotiva" ilə xal fərqini 19-a yüksəldib. Bununla da, komanda çempionatın bitməsinə 6 tur qalmış çempionluğu rəsmiləşdirib.
"Dinamo" 15 il ərzində 14-cü dəfə, tarixində isə 21-ci dəfə Xorvatiya çempionu olub.