Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 07:32
"Awake Security" şirkətinin mütəxəssisləri bildiriblər ki, istifadəçilər "Chrome" brauzeri üzərindən 32 milyon dəfə casus proqramı yükləyiblər. Bu proqram təminatı axtarış tarixçəsi haqqında və başqa məlumatları toplayır.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, zərərverici proqramlar brauzer üçün müxtəlif genişlənmələrin yüklənməsi vasitəsilə kompüterlərə düşüb. Məsələn, avtomatik mətn tərcüməçisi, fayl çeviriciləri, hava proqnozunu göstərən vidcetlər quraşdıran istifadəçi cinayətkarların hədəfinə çevrilib. Bəzi hallarda istifadəçinin brauzerdəki əməliyyatlarını izləmək üçün genişlənmələrə əlavə funksiyalar quraşdırılıb.
Mütəxəssislər hələ ki casus proqramının kimin tərəfindən yaradıldığını müəyyənləşdirə bilməyiblər.
Bundan başqa, "Google"un komandası tərəfindən casus funksiyalarına malik təxminən 70 genişlənmənin silinməsi haqqında məlumat verilib.