Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 12:32
"Mançester Siti"nin futbolçusu Serxio Aquero zədələnib.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, bu barədə onun atası Leonel del Kastilyo məlumat verib. O, argentinalı hücumçunun İngiltərə Premyer Liqasının 30-cu turunda "Bernli" ilə matçda (5:0) dizindən zədə aldığını bildirib. Kastilyo Aqueronun əməliyyat olunacağını vurğulayıb:
"Onun ötən həftədən dizindən problem yaranmışdı. Serxioda menisk zədəsi var.Tibbi müayinədən keçdikdən sonra onun durumu bəlli olacaq. Keçən dəfə olduğu kimi, Barselonada əməliyyat olunacaq".