Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 15:36
PSJ-nin futbolçusu Tomas Menye karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Qol.az "Bild"ə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi Dortmund "Borussiya"sı ilə razılığa gəlib. Belçikalı oyunçunun 4 illik müqavilə imzalayacağı və tezliklə komandaya qoşulacağı vurğulanıb. Onun Almaniya klubuna azad agent kimi keçəcəyi bildirilib.
Qeyd olunub ki, Menye avqust keçiriləcək Çempionlar Liqasının qalan matçlarında PSJ-yə kömək etməkdən imtina edib.
Xatırladaq ki, Menye Fransa Liqasında başa çatan mövsümdə 16 matçda oynayıb.