Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Virusa yoluxub, simptom büruzə verməyənlərin sirri ortaya çıxdı: bu orqanlara DİQQƏT

Virusa yoluxub, simptom büruzə verməyənlərin sirri ortaya çıxdı: bu orqanlara DİQQƏT

Tarix: 24 Iyun 2020 07:36

"Simptomsuz daşıyıcı" adlanan koronavirus testi pozitiv çıxan insanların böyrək və ağciyərlərində ciddi zədələr aşkarlanıb.

Sonxeber.net xəbər verir ki, bu barədə ABŞ-ın Corc Mason Universitetinin Biologiya üzrə doktoru Ança Baranova danışıb.

Onun sözlərinə görə, simptomları büruzə verməyən koronavirus xəstələrinin yaşı adətən gənc olur. Lakin mədəaltı vəzi baxışdan keçiriləndə və ağciyərləri tomoqrafiyaya salınanda həmin insanlarda ciddi zədələr aşkarlanır: "Bu zədələrin üzə çıxarılması üçün ağciyərlərin həcminin ölçülməsi də kifayət edə bilər. Ağciyərlər kiçilməyə başlayıbsa, qarşınızda koronavirusa yoluxma faktı ola bilər".

Həkimin fikrincə, koronavirusa yoluxan, lakin simptom büruzə verməyən şəxslərin əlamətlərindən biri böyrəklərin funksiyalarının zəifləməsidir. Bunun üçünsə xəstədən qan analizi götürülməlidir. (publika.az)


Etiketlər:  Virusa yoluxub simptom büruzə verməyənlərin sirri ortaya çıxdı orqanlara DİQQƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ