Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada koronavirusa yoluxanların sayı 9,3 miıyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 9,3 miıyonu keçdi

Tarix: 24 Iyun 2020 09:08

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünyada təsdiqlənən koronavirusa yoluxma sayı sutkada 13,9 mindən çox artaraq 9,3 milyonu keçib. Ölənlərin sayı 4 min nəfərə yaxin artaraq 469 mini keçib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər verib.

İyunun 23-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 133 326 nəfər yeni koronavirusa yoluxub, 3 847 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 8 993 659, ölənlərin isə 469 587 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 437 946 yoluxma və 224 207 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 562 642, ölənlərin sayı isə 193 794 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 933 052 yoluxma və 20 997 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Etiketlər:  Dünyada koronavirusa yoluxanların sayı 93 miıyonu keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ