Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yumşalma tədbirləri bəzi bölgələrdə COVID-19-a yoluxanların sayının artmasına səbəb olub

Türkiyədə yumşalma tədbirləri bəzi bölgələrdə COVID-19-a yoluxanların sayının artmasına səbəb olub

Tarix: 24 Iyun 2020 09:24

Bakı. Trend:

Türkiyənin Karabük vilayətinin ən böyük yaşayış yeri olan Cumayanı bölgəsi pandemiya dövrü ərzində ikinci dəfə karantinə alınıb.

Trend-in məlumatına görə, COVID-19-a yoluxma hallarının yenidən artması səbəbindən bölgəyə giriş-çıxışlar qadağan olunub.

Ümumi əhali sayı beş min nəfər olan bölgədə mindən çox yoluxma faktı qeydə alınıb. Ölkədə yumşalma tədbirlərinin başladığı son bir ay ərzində bu bölgədə COVID-19-a yoluxanların sayının dəfələrlə artdığı müşahidə olunub.

Xatırladaq ki, bu həftəsonu Türkiyə ərazisində növbəti dəfə komendant saatının elan ediləcəyi gözlənilir.


Etiketlər:  Türkiyədə yumşalma tədbirləri bəzi bölgələrdə COVID yoluxanların sayının artmasına səbəb olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ