Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxan deputat: Mən artıq sağalmaq üzrəyəm

Koronavirusa yoluxan deputat: Mən artıq sağalmaq üzrəyəm

Tarix: 24 Iyun 2020 11:10

Mən artıq sağalmaq üzrəyəm və heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu COVİD-19-a yoluxmuş Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S.Alıyev həkimlərə fədakarlıqlarına da minnətdarlığını da bildirib:

"Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışlarıyla doğmadan da doğmaplanetlilərdirlər. Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəsətələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstəylə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu fədakarlıqdır!"


Etiketlər:  Koronavirusa yoluxan deputat Mən artıq sağalmaq üzrəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ