Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2020 20:40
Bakı. Elçin Mehdiyev - Trend:
2020-ci ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 481,0 milyon manatlıq məhsul istehsal edilib.
Trend-in məlumatınba görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 3,1 dəfə, kimya sənayesində 24,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 13,6 faiz artıb.
Əsas kimya məhsullarından metanol istehsalı 45,7 faiz, propilen istehsalı 24,9 faiz, etilen istehsalı 22,0 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,6 dəfə, bərk polipropilen boruların istehsalı 94,7 faiz artıb.