Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2020 20:52
Bakı. Trend:
Cənubi Afrika Respublikasında (CAR) koronavirusa qarşı vaksinin Afrikada ilk sınaqları başlayıb.
Trend-in məlumatına görə, vaksin Böyük Britaniyanın Oksford Universiteti tərəfindən “AstraZeneca” əczaçılıq şirkət ilə birgə hazırlanıb.
Bu vaksinin ilkin sınaqları Böyük Britaniyada keçirilib. CAR-da davam edən sınaqlarda 2 minə yaxın könüllü iştirak edir.
Bundan başqa, sınaqların Braziliya və ABŞ-da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, CAR Afrikada koronavirusun ən çox qeydə alındığı ölkədir. Burada 106 mindən çox şəxs virusa yoluxub, 2 102 nəfər ölüb.