Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ağıllı” saatlar orqanizmin daxilində baş verənlər barədə məlumat toplayacaq

“Ağıllı” saatlar orqanizmin daxilində baş verənlər barədə məlumat toplayacaq

Tarix: 25 Iyun 2020 07:12

Kaliforniya Universitetinin mühəndisləri adi "ağıllı" saatları güclü sağlamlıq monitorinqi sisteminə çevirə bilən nazik yapışqan plyonka hazırlayıblar. Sistem tərdə aşkar edilmiş kimyəvi indikatorları axtarır və real vaxt rejimində orqanizmin daxilində baş verənlər barəsində məlumat toplayır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hazırda "ağıllı" saatlar qət edilmiş məsafəyə, yuxu vaxtına, nəbzin tezliyinə nəzarət edir. Yeni modellər, hətta arterial təzyiq barəsində məlumat toplayır.

Lakin hələ ki "ağıllı" saatlar bədənin kimyəvi tərkibinə nəzarət edə bilmir. Bunun üçün onlar orqanizmin mayelərində aşkar edilmiş biomarker molekullarını izləməlidir. Qlükoza və laktat kimi sağlamlığımızın yüksək spesifik göstəriciləri orqanizmdə maddələr mübadiləsinin nə dərəcədə yaxşı işlədiyini əyani göstərir.

Tədqiqatçılar bu ehtiyacı təmin etmək üçün "ağıllı" saatın aşağı hissəsinə bərkidilən birdəfəlik ikitərəfli plyonka hazırlayblar. Plyonka bədən tərində çox az miqdarda olan metabolit və müəyyən qidalı maddələri aşkar edə bilər.

Komanda öz "ağıllı" saatını və sistemlə işləmək üçün mobil proqramını hazırlayıb. Tədqiqatçılar deyirlər ki, bu konsepsiya populyar "ağıllı" saat modellərinə tətbiq edilə bilər.

Milli.Az


Etiketlər:  Ağıllı saatlar orqanizmin daxilində baş verənlər barədə məlumat toplayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ