Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada daşqınlar nəticəsində 3 nəfər həlak olub

Ukraynada daşqınlar nəticəsində 3 nəfər həlak olub

Tarix: 25 Iyun 2020 14:20

Bakı. Trend:

Ukraynanın qərbində bir neçə vilayətdə baş vermiş daşqınlar nəticəsində 3 nəfər həlak olub, daha bir nəfər itkin düşüb.

Trend-in məlumatına görə, aramsız leysan və daşqınlar İvano-Frankovsk, Çernovtsı, Lvov, Zakarpatye və Ternopol vilayətlərində qeydə alınıb.

300-ə yaxın yaşayış məntəqəsi su altında qalıb. 100 kilometrdən çox yol və 64 körpü dağılıb.

Daşqının fəsadlarının aradan qaldırılması üçün 1,6 minə yaxın xilasedici cəlb edilib.


Etiketlər:  Ukraynada daşqınlar nəticəsində nəfər həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ