Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 21:18
Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə özünün rəsmi "facebook" səhifəsində paylaşım edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Əli Əhmədov bildirib: "26 İyun - Silahlı Qüvvələr Günüdür. Quruculuq prosesi Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallaşması dövründən başlayan möhtəşəm Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında sözün həqiqi mənasında dünyanın qüdrətli silahlı qüvvələri sırasında özünə layiqli yer tutmuşdur.
Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın müdrikliyi və Ordumuzun gücü sayəsində işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına qəti əmindir.
Silahlı Qüvvələr Günümüz mübarək!".