Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eyni yağda ikinci dəfə qızartmayın! Ölümcül TƏHLÜKƏ

Eyni yağda ikinci dəfə qızartmayın! Ölümcül TƏHLÜKƏ

Tarix: 25 Iyun 2020 21:36

Təkrar qızdırılmış yağ hüceyrə səviyyəsində patoloji dəyişikliklərə səbəb olur ki, bu dəyişikliklər öz növbəsində ağır süd vəzi xərçənginin inkişafına səbəb olur.

Sonxeber.net azfood.az-a istinadən bildirir ki, İllinoys Universiteti (ABŞ) alimləri təkrar qızdırılmış yağla eksperiment aparıblar. 16 həftə ərzində alimlər bir qrup siçanlara təzə soya yağını, digər qrup siçanlara isə bir neçə dəfə qızdırılmış yağı verirdilər.

İnsan xərçənginin modelini almaq üçün siçanlara süd vəzi xərçənginin hüceyrələri yeridilib. 20 gündən sonra məlum olub ki, hər 2 qrupda xərçəngin inkişafı fərqlidir. Belə ki, bir neçə dəfə qızdırılmış yağla qidalanan  siçanlarda metastazların yayılması daha aktiv gedirdi, ağ ciyərdə metastazların sayı 2 dəfə çox idi.

Alimlərin fikrinə görə, təkrar qızdırılmış yağ öz tərkibini dəyişir və onda güclü toksiki kanserogen akrolein əmələ gəlir. Akrolein tək süd vəzi xərçənginin deyil, bir çox digər xəsçəng növlərinin də riskini artırır.

Mütəxəssislər qidalanmada qızardılmış qidaların miqdarını minimuma azaltmağı və yağı heç zaman təkrar qızdırmamağı tövsiyə edirlər.


Etiketlər:  Eyni yağda ikinci dəfə qızartmayın Ölümcül TƏHLÜKƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ