Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 21:52
İnternet istifadəçilərinin qarşılaşdığı əsas problemlərdən biri sürətin zəif olmasıdır. İnternet sürətini müəyyənləşdirməyin müxtəlif yolları var. Bu zaman aşağıdakılara diqqət etmək lazımdır:
-Simli internet kompüterə bağlanmalı, digər qurğular simsiz internetə qoşulmamalıdır;
-Kompüterdə bütün proqramlar bağlanmalıdır;
-Heç bir yüklənmə baş verməməlidir.
İnternet provayderi paketə uyğun olaraq müəyyən internet standartları təqdim edir. Kvota həddi aşdıqda isə internetin sürəti zəifləyir. Bu halda müştəri xidmət təminatçısından texniki dəstək ala bilər.
Sonxeber.net ted.az-a istinadən internet sürətini yoxlamağın əsas vasitələrini təqdim edir:
1.Google Speed Test
Google bu sürət testi tətbiqi ilə rəqiblərini qabaqlayır. Bundan istifadə edərək daha qısa müddətdə nəticəyə nail olmaq mümkündür.
2.Speed Test
Bu test internet istifadəçilərinin üstünlük verdiyi əsas xidmətlərdəndir. Onun vasitəsilə informasiya yükləmə sürəti barədə məlumatları əldə etmək mümkündür. İstifadəçi bu sürət testi vasitəsilə IP nömrəsini də öyrənə bilər. Sonda nəticə şəkil formatında saxlanır.
3.Dopinq sürət testi
Bu xidmət Speedtest infrastrukturundan yararlanaraq məlumat verir. Onunla internetin əlaqə vəziyyətini görmək mümkündür.
4.Sürətli test
Sadə, aydın şəkildə hazırlanan bu xidmətdə reklam üçün heç bir sahə ayrılmayıb.