Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 22:27
Bir çoxumuz yay fəslində hansı qidalara üstünlük verəcəyimiz və nələrdən istifadə etməli olmağımız haqda məlumatsızıq. Yay fəslində meyvə, tərəvəz yemək həmçinin tərkibində tərəvəzlər olan qidalara üstünlük vermək orqanizm üçün faydalıdır.
Sonxeber.net azfood.az-a istinadən 5 nəfərlik "Mövsümi tərəvəz" reseptini təqdim edir.
Tərkibi:
4 ədəd tumsuz badımcan;
4 ədəd pomidor;
2 ədəd şirin bibər;
2 diş sarımsaq;
1 ədəd soğan;
400 qr quzu əti və yaxud mal əti;
Hollanda və ya mozzarella pendiri;
Az miqdarda şüyüd, keşniş, reyhan;
1/3 çay qaşığı razyana toxumu;
Zövqə görə duz istiot.
Sous üçün:
Yarım litr su;
100-120 ml duru yağ;
2 ədəd acı bibər;
1 xörək qaşığı tomat;
Zövqə görə duz istiot;
Hazırlanması:
İlk əvvəl tərəvəzlərimiz yuyularaq təmizlənir. Ət yuyulub təmizlənərək maşında çəkilir. Əgər mal ətindən istifadə ediriksə əlavə olaraq quyruqdan istifadə olunur ki, yemək daha dadlı olsun. Sonra soğanı xırda-xırda doğrayaraq az miqdarda şüyüd, keşniş, reyhanla birgə ətin üzərinə əlavə edirik. Döyülmüş razyana toxumu varsa zövqə görə duz, istiotla birgə ətin üzərinə əlavə olunur və yoğrulur. Sonra həmin ətdən dairəvi kotletlər hazırlanır. Badımcan dairəvi halda doğranaraq duzlanır. Pomidorları da dairəvi doğradıqdan sonra hazırladığımız məhsulları 1 badımcan, 1 kotlet, 1 pomidor olmaqla qab dolanədək sıralanır. Aralarına isə doğranmış şirin bibərlər əlavə edilir. Daha sonra yeməyimizin üzərinə əlavə edəcəyimiz sousu hazırlayırıq. Yağ, su, acı bibər, tomat, zövqə görə duz istiot bir qabda qarışdırlır və hazırladığımız məhlulu yeməyimizin üzərinə gəzdirilərək əlavə edilərək 45 dəqiqə sobada bişirilir. Yemək hazır olduqda istəyə uyğun olaraq rəndələnmiş holland və mozzarella pendirini üzərinə əlavə edə bilərsiniz.
Nuş olsun!