Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple yeni macOS-u tam dəyişdi

Apple yeni macOS-u tam dəyişdi

Tarix: 25 Iyun 2020 23:20

Apple korporasiyası illik məhsul təqdimatını keçirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu il ilk dəfə onlayn formatda keçirilən təqdimat mərasimində iOS 14, iPadOS 14, watchOS 7, tvOS 14-ün anonsları səsləndirilib və Mac kompüterlərinin x86-Intel prosessorlarının yerinə ARM arxitekturalı çiplərə keçməsi məlum olub.

Apple personal kompüterlər sistemləri də bu il əməliyyat sisteminin növbəti versiyasını - rəsmi olaraq Big Sur adı ilə tanınan macOS 10.16-nı alacaq.

Apple nümayəndələrinin sözlərinə görə, masaüstü ƏS-nin bu versiyası macOS X-nin yaranmasından bəri ən böyük dəyişikliklərə məruz qalıb.

Big Sur platforması Apple iOS təminatına çox bənzəyəcək. Şirkətdən qeyd edilib ki, bu addım Mac-ın fərdiliyini qoruyaraq, Apple ekosisteminin vahidliyi üçün nəzərdə tutulub.

- Control Center yeni kompüter ƏS-də də yer alacaq. Mail, Photos, Notes və iWork-un dizaynı sistemdə yenidən əks olunub. Apple, Messages üçün yeni axtarış funksiyasını da əlavə edib.

- Xüsusi təlimatlar da daxil olmaqla, iOS-un analoqundan bir çox funksiyanı üzərinə götürən "Maps for Mac"ın yeni versiyası tədqim olunub.

- Dock panelindəki düymələrin iOS-a bənzətməni təmin etmək üçün dizaynı yenidən işlənib.

-Safari-nin ən böyük yeniləməsi təqdim edilib. Apple veb brauzerinin Chrome kimi bazar liderindən 50% daha sürətli olduğunu və ekranda daha çox səhifəni göstərə biləcəyini iddia edir. Apple nümayəndələrinin sözlərinə görə, Safari yeni versiyasında həmçinin yeddi dildə (rus, ispan, çin, fransız, alman, ingilis və brazilya-portuqal dili) bütün veb səhifələrini tərcümə edə biləcək. Bundan əlavə, brauzerdə yeni məxfilik funksiyaları, o cümlədən İstifadəçinin ziyarət etdiyi veb-saytların izlənilməsinin qarşısını almaq üçün brauzer tərəfindən həyata keçirilən hərəkətləri ətraflı təsvir edən məxfilik hesabatının funksiyası mövcuddur.

- macOS Big Sur proqram mağazasında proqram təminatının təhlükəsizliyi və məxfiliyinin artırılması naminə istifadəçilərə toplana bilən məlumat növləri və bu məlumatın məqsədli reklam və digər ehtiyaclar üçün üçüncü tərəflərə ötürülüb-ötürülməməsi barədə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Apple yeni macOS dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ