Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı Elxan Əzizov Rusiyada yanan avtomobilin sürücüsünü xilas edib

Azərbaycanlı Elxan Əzizov Rusiyada yanan avtomobilin sürücüsünü xilas edib

Tarix: 26 Iyun 2020 08:12

Azərbaycanlı Elxan Əzizov Rusiyanın Krasnodar şəhərində yanan avtomobilin sürücüsünü xilas edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Krasnodar şəhərində taksi avtomobili qarşıdan gələn "BMW" markalı avtomobillə toqquşub. Güclü zərbədən taksi avtomobili alovlanıb. Bu zaman yaxınlıqda olan digər avtomobilin sürücüsü, azərbaycanlı, ikinci qrup əlil Elxan Əzizov hadisənin daha bir şahidi ilə birlikdə köməyə yetişib. Yanan avtomobilin sürücü hissəsində qapı kilidli olduğundan həmyerlimiz sərnişin qapısını açaraq sürücünü xilas edə bilib.

Elxan Əzizov yerli KİV-lərə müsahibəsində həmin anda əlil və ürək xəstəsi olduğunu belə unutduğunu deyib: "Mən hər şeyi unutdum, çünki insan həyatını xilas etmək lazım idi. Avtomobildə insan yanırdı. Buna necə laqeyd baxmaq olardı? Sonra ömrümün sonunadək özümü bağışlamazdım".

Hadisədən sonra Elxan Əzizov özü də həkimə müraciət etməli olub. Onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. Hazırda soydaşımız özünü yaxşı hiss edir.

Milli.Az


Etiketlər:  Azərbaycanlı Elxan Əzizov Rusiyada yanan avtomobilin sürücüsünü xilas edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ