Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 gündən artıq öskürək varsa, test verilməlidir - Qızdırmanı gözləməyin

3 gündən artıq öskürək varsa, test verilməlidir - Qızdırmanı gözləməyin

Tarix: 26 Iyun 2020 21:03

Dünya miqyasında koronavirusun diaqnozu, müalicəsi metodları ilə bağlı bilgilər daim dəyişir və yenilənir.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, hazırda mütəxəssislər gəldiyimiz nöqtədə qızdırma ölçülərinin infeksiyanı müəyyən edən əlamət olmadığını, öskürək və tənəffüs çatışmazlığının daha nəzərəçarpan simptom olduğunu bildirir.

Son elmi araşdırmalara görə, qızdırması 37,3 dərəcədən çox olan hər kəsdə infeksiya aşkarlanıb. Lakin 38-dən yuxarı olan zaman reanimasiyaya gedən xəstələrdə qızdırma cavabının olmadığı müəyyən edilib.

Buna görə də koronavirusun müalicəsi ilə məşğul olanlar artıq yeni xəstələri təkcə qızdırmaya görə yox, öskürək və tənəffüs çatışmazlığı ilə bağlı testdən keçirir.

Xüsusilə, yaşlı insanların immun sistemləri zəif olduğua görə, onlarda infeksiyaya yoluxma olsa belə, qızdırmaya rast gəlinməyə bilər. Onlarda boğaz ağrısı, yorğunluq və öskürək daha nəzərəçarpan ola bilər.

Müxtəlif ölkələrin Səhiyyə Nazirlikləri xəstəxanaya müraciət edən şəxslərin 80%-dən çoxunun heç bir simptom olmadan gəldiklərini bildirir. Bu da o deməkdir ki, koronavirus artıq asimptomatik - yəni ən təhlükəli mərhələsindədir.


Etiketlər:  gündən artıq öskürək varsa test verilməlidir Qızdırmanı gözləməyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ