Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 02:16
Bakı. Trend:
Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin müdafiə ordusunun "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir.
Məlumatda bildirilir: "Hava hücumu sirenlərinin (İsrailin cənubunda) işə düşməsi barədə məlumatdan sonra bildiririk ki, İsrail ərazisinə Qəzza zolağından iki raket atılıb".
"Kan" radiosunun məlumatına əsasən, raketlərdən biri yaşayış olmayan əraziyə düşüb, ölənlər və xəsarət alanlar yoxdur.