Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Lui van Qal axmaq məşqçi idi'' - Əfsanəvi futbolçu

''Lui van Qal axmaq məşqçi idi'' - Əfsanəvi futbolçu

Tarix: 27 Iyun 2020 09:44

“Barselona”nın əfsanəvi futbolçusu olmuş Xristo Stoiçkov bu komandanın baş məşqçisi olmuş Lui van Qal haqda sərt sözlər deyib.

Qol.az xəbər verir ki, sport.es saytına müsahibəsində o, holland mütəxəssisin idarəçiliyindən narazılığını bildirib:

“Siz soruşursunuz ki, Rikelme niyə “Barselona”da uğur qazana bilmədi? Ona görə ki, onun Lui van Qal kimi axmaq məşqçisi vardı. O, müsbət şeylər də edib, amma çox futbolçu onun mənasız addımlarından zərər çəkib. Mən də bunu yaşamışam. O, bir dəfə paltardəyişmə otağına girib dedi ki, oyunda “kroyfizm” çox idi. O zaman mən düşündüm ki, sən kimsən, Yohan Kroyf kimdir? Arada böyük fərq vardı”.

Qeyd edək ki, van Qal 1997-2000 və 2002-2003-cü illərdə “Barselona”nın baş məşqçisi olub. Xristo Stoiçkov isə 1990-97-ci illərdə Kataloniya komandasında çıxış edib.

 


Etiketlər:  axmaq məşqçi Əfsanəvi futbolçu


RƏYLƏR