Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 12:06
"Napoli" hücumçu axtarışlarını davam etdirir.
Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, Neapol təmsilçisi komandadan ayrılacaq Xose Kalyexonun alternativini artıq müəyyənləşdirib.
A seriyası təmsilçisi "Roma"lı Cengiz Ündərə elçi düşüb. Baş məşqçi Cennaro Qattuzo Türkiyə millisinin üzvünü ixtiyarında görməkdə maraqlıdır. Çalışdırıcı 22 yaşlı vingerin transferini rəhbərlikdən tələb edib. Kalyexon isə mövsümün sonunda azad agent statusu alacaq və "Napoli"ni tərk edəcək.
Qeyd edək ki, cari mövsüm 21 oyunda 3 qol vuran Cengiz Ündərin "Roma" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.