Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi və Ronaldo eyni komandada oynaya bilər

Messi və Ronaldo eyni komandada oynaya bilər

Tarix: 27 Iyun 2020 12:44

"Boka Xuniors"un hücumçusu Karlos Tevez gələcəklə bağlı arzusunu açıqlayıb.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, Argentina millisinin sabiq üzvü karyerasını bitirdiyi zaman vida matçı təşkil etmək niyyətindədir.

36 yaşlı ulduz futbolçu hətta vida görüşünə dəvət edəcəyi oyunçuları da müəyyənləşdirib. O, "Barselona"nın kapitanı Lionel Messi və "Yuventus"un hücumçusu Kriştianu Ronaldoya da dəvət göndərəcəyini söyləyib: "Canluici Buffon, Uqo İbarra, Rio Ferdinand, Qabriel Hayntze, Patris Evra, Andrea Pirlo, Pol Skoulz, Pol Poqba, Kriştianu Ronaldo, Lionel Messi və Ueyn Runinin son matçımda iştirak etmələrini istəyirəm".

Qeyd edək ki, Karlos Tevez 2018-ci ildən "Boka Xuniors"un formasını geyinir.

Milli.Az


Etiketlər:  Messi Ronaldo eyni komandada oynaya bilər


RƏYLƏR