Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 12:55
"1977-ci ildən ailəliyəm. O, mənim sirdaşım, yoldaşım, silahdaşımdır... Əgər bu dövrlərdə bir-birimizlə dil tapıb dolanmışıqsa... Demirəm, ailə həyatında hər şey su kimi axar, rahat olur. Çətinliklər olur. Əsl xanım çətinliklərə dözməlidir".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə ilk dəfə ailəsindən danışıb. O, həyat yoldaşı ilə münasibətlərindən söz açıb.
İsmayılova bildirib ki, evdə həyat yoldaşının sözü keçir:
"Hər zaman deyirəm evdə kişinin sözü keçir. Əksini desəydim, 43 il bir yerdə oturmazdıq. Qohumuq, bibi oğlu dayıqızıyıq. Bu gün də o, deyəndir. Bəlkə bəzi şeyləri həmin an düz demir, emosiyası ilə qərar verir. Sakit dururam, bir müddət sonra izah edirəm ki, düz deyildi.
Sənətə gəlməyin icazəsini alana qədər yollar keçmişəm. Bakılıyıq, xüsusilə də o dövrdə hamı razı olmurdu... Qohum olmağımız mənə bu işdə kömək etdi. Sənətə gəlməyimə icazə verdiyi üçün ona ərə getdim. O dövrdə hər zaman böyüklərin sözü keçirdi".