Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahimoviç ''Roma'' ilə oyunu da buraxacaq

İbrahimoviç ''Roma'' ilə oyunu da buraxacaq

Tarix: 27 Iyun 2020 19:12

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A seriyasının 28-ci turunda "Roma" ilə oyunu da buraxacaq.

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Stefano Pioli məlumat verib. O, zədədən bərpa olunan isveçli hücumçunun hələ hazır olmadığını deyib: "Zlatan dünən yaxşı məşq etdi. Ancaq o, hələ formada deyil. Sabah oynamayacaq. Tam hazır deyil".

Qeyd edək ki, İbrahimoviç zədə səbəbindən İtaliya kubokunda "Yuventus" və ölkə çempionatında "Leççe" ilə görüşləri buraxıb.

 


Etiketlər:  İbrahimoviç Roma ilə oyunu buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ