Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 12:34
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Gənc qapıçı Nicat Mehbalıyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. Azərbaycan U-21 millisinin üzvü və “Qarabağ”ın qolkiperi ilə 3 illik müqavilə bağlanıb.
19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ”la yanaşı “Sumqayıt”da da çıxış edib.
Xatırladaq ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirmişdi.