Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Zalsburq” ardıcıl 7-ci “Qızıl dubl”a imza atıb

“Zalsburq” ardıcıl 7-ci “Qızıl dubl”a imza atıb

Tarix: 28 Iyun 2020 23:14

Avstriya Bundesliqasında çempion müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Hartberq"i 3:0 hesabı ilə yenən "Zalsburq" çempionatın sonuna iki tur qalmış qızıl medalları təmin edib.

Zalsburqlular ən yaxın izləyicisi, ehtiyatda bir oyunu olan "Rapid"i 12 xal qabaqlayır. Bu, komandanın ardıcıl 7-ci çempionluğudur. Ümumilikdə isə "Zalsburq" 14-cü dəfə ölkənin ən yaxşısı olub.

Avstriya çempionu avrokuboklara da vəsiqə qazanıb. Zalsburq təmsilçisi Çempionlar Liqasına yüksəlib. Komanda bu yarışa pley-off mərhələsindən başlayacaq.

Qeyd edək ki, "Zalsburq" bir müddət əvvəl ölkə kubokunu da ardıcıl 7-ci dəfə qazanmışdı. Bununla da komanda ardıcıl 7-ci "Qızıl dubl"a imza atıb.

Milli.Az


Etiketlər:  Zalsburq ardıcıl 7 ci Qızıl dubla imza atıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ