Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu işçilərə maaşdan əlavə pul verilməsi təsdiq olundu

Bu işçilərə maaşdan əlavə pul verilməsi təsdiq olundu

Tarix: 29 Iyun 2020 12:56

Milli Məclisin bu gün keçirilən iclasında "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, qanuna əlavə olunması təklif edilən yeni hissəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Etiketlər:  işçilərə maaşdan əlavə verilməsi təsdiq olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ