Tarix: 29 Iyun 2020 14:34
“Sabah”ın futbolçusu Cavid İmamverdiyev paytaxt təmsilçisindən ayrılıb.
Qol.az xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Artıq 30 yaşlı yarımmüdafiçinin yeni klubu da bəllidir. O, karyerasını “Keşlə”də davam etdirəcək. Ölkəmizi Avropa Liqasında təmsil edəcək paytaxt klubu İmamverdiyevlə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, “Keşlə” buna qədər Tural Axundov və Şəhriyar Əliyevi də heyətinə cəlb edib.