Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə koronavirusdan sağalanların sayı 171 min nəfəri ötüb

Türkiyədə koronavirusdan sağalanların sayı 171 min nəfəri ötüb

Tarix: 29 Iyun 2020 21:20

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 115 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 374 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 198 613 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 214 nəfər olmaqla 171 809 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə koronavirusdan sağalanların sayı 171 min nəfəri ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ