Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 08:12
Samsung şirkəti avqust ayında təqdimat tədbiri keçirdəcək və həmin təqdimat çərçivəsində Galaxy Note 20 smartfon seriyasını təqdim edəcək. Bir sıra məlumatlara əsasən avqustdakı təqdimat zamanı şirkət həmçinin qatlana bilən Galaxy Fold 2 smartfonunu da təqdim edəcək. Bu səbəbdən də internetdə sözügedən smartfon barəsində daha çox məlumat ortaya çıxmağa davam edir.
Belə ki, Ice Universe ləqəbli məşhur çinli insayder Galaxy Fold 2-nin keyfiyyətli render fotosunu təqdim edib və onun birinci Galaxy Fold-dan nə ilə fərqlənəcəyini qeyd edib. Bu barədə Mspoweruser.com saytı xəbər verib. İnsayderin verdiyi məlumata əsasən smartfonun 7.7 düym ekranı 3.8 mm qalınlığa sahib çərçivələr ilə əhatə olunacaq.
Ön kamer isə diametri 4.8 mm olacaq kiçik dairəvi hissəsinin daxilində yerləşdiriləcək. Təqdim olunmuş fotoda birinci Galaxy Fold ilə Galaxy Fold 2 arasında müqayisə əks olunub. Son məlumat sızıntılarına əsasən Galaxy Fold 2 modeli 5G dəstəkli Snapdragon 865 prosessoru və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy Fold 2-nin avqust ayında təqdim olunacağı güman edilir.