Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada koronavirus vaksininin insanlar üzərində sınaqları başlayıb

Yaponiyada koronavirus vaksininin insanlar üzərində sınaqları başlayıb

Tarix: 30 Iyun 2020 13:36

Bakı. Trend:

Yaponiyanın "AnGes" əczaçılıq şirkəti Osaka Universitetinin xəstəxanasında koronavirusa qarşı vaksinin insanlar üzərində ilk kliniki sınaqlarına başlayıb.

Trend-in məlumatına görə, sınaqların ilkin mərhələsində 30-dək könüllü iştirak edəcək. Könüllülər xəstəxananın əməkdaşları arasından seçiləcək.

Vaksinin səmərəliliyi təsdiq olunacağı təqdirdə sınaqlar xəstələr arasında 400-dək könüllü üzərində keçiriləcək.

"AnGes" şirkəti nuklein turşuları əsasında DNT-vaksin yaradıb. Bu vaksinin sınaqları siçanlar üzərində uğurla keçirilib. Vaksindən siçanlarda anticisimlərin yarandığı deyilir.

Qeyd edək ki, hazırda bütün dünyada 10-dək koronavirus vaksininin sınaqları davam edir.


Etiketlər:  Yaponiyada koronavirus vaksininin insanlar üzərində sınaqları başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ