Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnzaginin komandası çempion oldu – A seriyasına vəsiqə qazandı

İnzaginin komandası çempion oldu – A seriyasına vəsiqə qazandı

Tarix: 30 Iyun 2020 14:40

İtaliya B seriyasının qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, 31-ci turda “Yuve Stabiya”ya qalib gələn (1:0) “Benevento” sona 7 tur qalmış çempionluğu təmin edib. Bununla da onlar 2 illik fasilədən sonra yenidən A seriyasında oynamaq hüququ əldə edib.

Qeyd edək ki, “Benevento” ilk və sonuncu dəfə yüksək liqada 2017/18 mövsümündə oynayıb. Elə həmin mövsümün sonu 20-ci yeri tutaraq B seriyasına düşüb.

Xatırladaq ki, bu komandanın baş məşqçisi 46 yaşlı Filippo İnzagidir.

 


Etiketlər:  İnzaginin komandası çempion oldu seriyasına vəsiqə qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ