Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mikayıl Cabbarov: Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik

Mikayıl Cabbarov: Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik

Tarix: 30 Iyun 2020 16:40

Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirdiyi brifinqdə bildirib.

Nazir pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkə biləcəyini istisna etməyib: "İstər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də, sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir".

M.Cabbarov qeyd edib ki, sahibkarların qaydalara riayət etməsi vacibdir: "Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və gələcək həyat tərzimiz daha çox davranışlarımızdan asılı olacaq". Nazir əmin olduğunu bildirib ki, birgə səylərlə biznes tədricən iqtisadi itkiləri bərpa edəcək.


Etiketlər:  Mikayıl Cabbarov Yeni şərtlər əsasında yaşamağa işləməyə vərdiş etməliyik


RƏYLƏR