Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 22:48
Texnologiya nəhəngi Microsoft oflayn mağazalarını bağlayacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Microsoft, "yeni pərakəndə ticarət strategiyası" çərçivəsində bütün oflayn mağazalarını bağlamaq qərarına gəlib.
"Onlayn satışlarımız artıb. Komandamız adi mağazalardan kənar uğurlu fəaliyyəti ilə seçilib", - deyə Microsoft-un vitse-prezidenti Devid Porter bəyan edib.
D.Porter bildirib ki, şirkət Microsoft.com saytındakı rəqəmsal məhsullarını və Xbox, həmçinin Windows mağazalarını inkişaf etdirəcək.
Qeyd edək ki, Microsoft-un oflayn mağazaları koronavirusa görə, cari ilin mart ayından etibarən bağlıdır.