Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2020 14:48
Bakı. Trend:
"Google" şirkəti ABŞ-ın bir sıra ştatlarında koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədar ofislərinin açılışını daha iki ay müddətinə təxirə salıb.
Trend-in məlumatına görə, şirkət iyulun 6-da ofislərin işini bərpa etməyi planlaşdırırdı.
Plana əsasən, ofislərə ilk növbədə iş yerində olması zəruri olan əməkdaşlar qayıtmalı idi. İlk dövrlərdə ofislərdə əməkdaşların 10 faizi işləməli idi.
Yeni qərara əsasən, "Google" ofisləri sentyabrın 7-dək bağlı qalacaq.