Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni robot koronavirusu ultrabənövşəyi şüa ilə məhv edir

Yeni robot koronavirusu ultrabənövşəyi şüa ilə məhv edir

Tarix: 1 Iyul 2020 14:51

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri tərəfindən işlənib hazırlanmış yeni robot koronavirusun məhv edilməsi üçün ultrabənövşəyi şüadan istifadə edir. Bu robotun köməyi ilə anbarları, məktəbləri və ofisləri dezinfeksiya etmək olar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, sözügedən sistem artıq Boston qida bankının dezinfeksiyası üçün istifadə olunub. Sınaqlar vaxtı robot 30 dəqiqə ərzində 370 kv.metr-lik anbar sahəsini dezinfeksiya edib. Qurğu koronavirus zərrəciklərinin təxminən 90%-ni zərərsizləşdirmək üçün kifayət qədər işıq təmin edib.

 

“MIT”-in Kompüter Elmləri Laboratoriyası və Süni İntellekt Laboratoriyasının alimləri səthə ultrabənövşəyi şüa saçan şaquli ştanqlar hazırlayıblar. Bundan sonra onlar qurğunu “Ava Robotics” istehsalı olan mobil avtomatlaşdırılmış aparata bərkidiblər.

 

Sistem qısa dalğa uzunluğunda olan ultrabənövşəyi şüadan istifadə edir. Tədqiqatlara əsasən, bu şüalar koronavirusu məhv etmək qabiliyyətinə malikdir, ancaq bu halda dəri və gözləri zədələyir, buna görə prosedur insanların iştirakı olmadan aparılmalıdır.

 

Emil Hüseynov




Etiketlər:  Yeni robot koronavirusu ultrabənövşəyi şüa ilə məhv edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ