Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Sadıqovun doğum günüdür - Video

Rəşad Sadıqovun doğum günüdür -  Video

Tarix: 16 Iyun 2019 11:36

Bu gün “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun doğum günüdür.

Qol.az xəbər verir ki, uzun illər millimizin şərəfini qorumuş və kapitanı olmuş təcrübəli müdafiəçi 1982-ci ildə Bakıda dünyaya gəlib. Sadıqov 37 yaşını qeyd edir.

Karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olan futbolçu, ölkəmizdə “Turan”, “Neftçi” Türkiyədə “Kayserispor”, “Kocaelispor” və “Əskişəhərspor”, İranda isə “Fulad”da çıxış edib.

2001-2017-ci illərdə millimizin şərəfini qoruyan Sadıqov yığmada ən çox oyun keçirən (111) futbolçudur.

Rəşad Sadıqovun karyerası ərzində  vurduğu ən gözəl və Azərbaycan futbolu üçün vacib qollardan birini təqdim edirik. “Qarabağ”ın Avropdakı uğurlu çıxışları məhz bu qoldan, bu oyundan sonra başlayıb.



Təbrik edirik!
 


Etiketlər:  Rəşad Sadıqovun doğum günüdür Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ