Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA AFFA-ya maliyyə yardımını davam etdirəcək

UEFA AFFA-ya maliyyə yardımını davam etdirəcək

Tarix: 1 Iyul 2020 18:20

UEFA quruma üzv olan 55 federasiyaya maliyyə dəstəyini davam etdirəcək.

Qol.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Bildirilib ki, federasiyalara dəstək olmaq məqsədi ilə 2004-cü ildə başlayan "HatTrick" proqramının bu gün 4 illik periodu başlayıb. Buna görə  2020-2024-cü illərdə davam edəcək yardım üçün  775,5 milyon fond yaradılıb. Bu dəfəki yardımın əvvəlki illərlə müqayisədə 27 faiz artırıldığı vurğulanıb.

UEFA 2024-cü ildən isə 2,6 milyard avroluq fond ayırmağı planlaşdırılır.

Qeyd edək ki, bu vəsait Avropa çempionatlarından əldə edilən gəlirlər sayəsində formalaşır.

 


Etiketlər:  UEFA AFFA ya maliyyə yardımını davam etdirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ