Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2020 20:52
Bakı. Trend:
ABŞ-ın "Pensions & Investment Research Consultants" şirkəti "Tesla" şirkətinin investorlarına təsisçi və icraçı direktor İlon Maskı idarə heyətindən uzaqlaşdırmağı tövsiyə edib.
Trend-in məlumatına görə, buna səbəb İ.Maskın son bir neçə il ərzində bonus sazişləri imzalamaqla şirkətin hesabına zənginləşməsi olub.
Qeyd olunur ki, son üç ildə "Tesla"nın təsisçisinin imzaladığı razılaşmalar ona 55,8 milyard dollar qazanc gətirib. Müəssisənin fikrincə, bu, "Tesla"nın nüfuzuna xələl gətirə bilər.
Bundan başqa, qeyd olunub ki, İ.Maskın "Twitter"də bəzən yazdığı fikirlər "Tesla"nın milyonlarla dollar itirməsinə səbəb olur.