Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 13:10
Portuqaliya Futbol Federasiyası bu il keçirilməli olan ölkə superkubokunun ləğv olunduğunu açıqlayıb.
Qol.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Superkubok "Portu" və "Benfika" arasında keçirilməli idi.
Federasiya eyni zamanda ölkə kuboku ilə bağlı da qərar verib. Koronavirus səbəbindən qeyri-müəyyən müddətə kimi təxirə salınan turnirin avqustun 1-i, azarkeşsiz keçiriləcəyi açıqlanıb. Koimbra şəhərindəki finalda "Benfika" və "Portu" üz-üzə gələcək.