Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 07:08
Bakı. Trend:
ABŞ-ın Quver şəhərində (Alabama ştatı) yerləşən mağazalardan birində atışma baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə şəhər polisinin "Twitter" səhifəsində bildirilir.
Məlumata əsasən, insident "Riverchase Galleria" ticarət mərkəzində yerli vaxtla saat 15:18-də qeydə alınıb: "Biz tışma nəticəsində azı 4 nəfərin yaralandığını təsdiq edə bilərik. Onlar xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti haqqında hələki məlumat yoxdur".
Hazırda insidentlə əlaqədar araşdırma aparılır.