Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 08:36
Google şirkəti Kanadanın North adlı smart eynək istehsalçısını aldığını təsdiqləyb. İki şirkət arasında əldə edilmiş razılaşmanın maliyyə tərəfi barəsində məlumat verilməyib. Bu barədə Vc.ru saytı xəbər verib. North şirkətinin komandası yaxın zamanda Google şirkətinə qatılacaq. Bununla yanaşı North şirkəti özünün Focals adlı birinci nəsil artırılmış reallıq eynəyinin dəstəyini dayandıracaq və Focals 2.0 eynəyinin satışa çıxarılması üzrə bütün planlarını ləğv edəcək. Qeyd etmək lazımdır ki, Focals adlı artırılmış reallıq eynəyinin linzalarında smartfondan olan məlumatlar əks olunurlar.
Bura təqvim, zaman, hava məlumatları, bildirişlər, elektron poçt və s. daxildirlər. Bu ilin yanvar ayında satışa çıxmış Focals eynəyi ilk növbədə 1000$-a satılırdı. Lakin fevral ayında şirkət onun qiymətini 599$-a endirdi. Daha öncəki məlumatlarda qeyd olunurdu ki, Google şirkəti North-un alınması üçün 180 milyon dollar ödəyəcək. Təsis olunduğu vaxtda bugünə kimi North şirkəti ümumilikdə 200 milyon dollar investisiya əldə edib. Şirkət 2012-ci ildə təsis edilib.