Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Huawei yenə birinci oldu

Huawei yenə birinci oldu

Tarix: 4 Iyul 2020 22:56

"Ağıllı" telefon bazarında böyük rəqabət davam edir. Bazarı uzun müddətdən bəri idarə edən Samsung apreldən etibarən, sıxışdırılmağa başlayıb. Hazırda ən böyük bazar payına malik şirkət Huawei-dir. Firma may ayında da ən çox satılan "ağıllı" telefon markası olub. Samsung bu dəfə də liderliyi ələ ala bilməyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bazar araşdırma şirkəti CounterPoint brendlərin may ayındakı bazar paylarını açıqlayıb.

Qeyd edilib ki, ən çox satılan "ağıllı" telefon markası 19,7 faiz bazar payı ilə Huawei olub. Samsung isə cüzi fərqlə - 0,1 faiz - ikinci ola bilib (19,6 faiz).

Siyahının ilk üçlüyünü 13 faizlik bazar payı ilə Apple qapadır.

Oppo, Xiaomi və Vivo isə 8 faiz bazar payı ilə dördüncü pilləni bölüşürlər. Yerdə qalan 23 faizi isə digər markalar təşkil edir.

Milli.Az


Etiketlər:  Huawei yenə birinci oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ