Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oteldə karantini pozan məşhurlar: Elçin Əlibəylinin həyat yoldaşı... - FOTO

Oteldə karantini pozan məşhurlar: Elçin Əlibəylinin həyat yoldaşı... - FOTO

Tarix: 5 Iyul 2020 18:28

Sosial şəbəkələrdə Bakıdakı "Fairmont" otelindən yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Milli.Az hdxeber.com-a istinadən xəbər verir ki, oteli karantin qaydalarını pozmaqda ittiham edən izləyicilər şəkil və videoların da məhz oteldə dincələnlər tərəfindən yayıldığını qeyd ediblər.

Qeyd edək ki, oteldə istirahət edənlər arasında məşhur simalarda var. Bununla bağlı onlar özləri sosial media hesabında fotolar paylaşıblar.

Tanınmış aktrisa Mələk Heydərova və teleaparıcı Elçin Əlibəylinin həyat yoldaşı, jurnalist Dilrubə Vaqifzadə də sözügedən oteldə dincələnlər arasındadır. 

Milli.Az


Etiketlər:  Oteldə karantini pozan məşhurlar Elçin Əlibəylinin həyat yoldaşı FOTO


RƏYLƏR