Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2019 19:32
Son Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, püşkatmadan 1 gün öncə UEFA iştirakçıları səpələnmiş və səpələnməmiş qruplarına bölüb. Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:
"Valetta" (Malta)
"Sarayevo" (Bosniya və Herseqovina)
"Sutyeska" (Monteneqro)
"Partizani" (Albaniya)
"Saburtalo" (Gürcüstan)
Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkü sabah saat 14:30-da atılacaq.