Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 10:32
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dövlət Məşğulluq Agentliyinə həvalə olunan vəzifələrdən biri də işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin elektron formada reyestrini aparmaqdır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin reyestrin yaradılması 2020–2021-ci illərdə nəzərdə tutulub və hazırda üzərində işlər aparılır. Bu reyestr müvafq sahədə vahid informasiya bazasının yaradılmasına imkan verəcək. Nəticədə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə daimi məlumat mübadiləsi təmin olunacaq.
Hüquqi şəxslər onlarda olan mövcud vakansiyaları, həmçinin onlara işlə təmin edilmək üçün müraciət edən şəxslər və eləcə də işlə təmin etdikləri şəxslər barədə bütün məlumatları bu reyestrə daxil edəcəklər.